Azərbaycanda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
26
apr
2023
15:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "LADA 012" markalı avtomobillə "Renault" markalı avtomobil toqquşub.
Nəticədə "LADA" markalı avtomobildə olan 2 nəfər qadın xəsarət alıblar.
Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
TƏBİB Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb - VİDEO - YENİLƏNİB
Dünən Bakıda avtomobil qəzasında yaralanan beş nəfərin müalicəsi davam etdirilir. BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib. Əlavə olunub ki...