Azərbaycanda güllələnən polisin kimliyi məlum oldu - YENİLƏNİB

Azərbaycanda güllələnən polisin kimliyi məlum oldu - YENİLƏNİB
Hadisə 521

Qax rayonunda vurulan polis əməkdaşının kimliyi məlum olub.

BAKU.WS xəbər verir ki, Çüdüllü kəndi ərazisində güllələnən şəxsi Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmovdur.

Qeyd edək ki, hadisə zamanı iki nəfər şəxs polis əməkdaşı ilə mübahisə edib. Onlardan biri əlindəki ov tüfəngi ilə polisi güllələyib.

Daxili İşlər Nazirliyindin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin şəxslərin kimliyi müəyyən olunub. Hazırdao nların saxlanılması istiqamətində əməliyyat aparılır.

***14:36

Qax rayonunda silahlı insident baş verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Çüdüllü kəndidə baş verən silahlı insident zamanı polis əməkdaşı odlu silahdan açıqlan atəş nəticəsində yaralanıb.

Polisin ov tüfəngi ilə vurulduğu deyilir.

Hadisə nəticəsində əlindən yaralanan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

İlkin məlumatda bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində olub.

Polisi vuran şəxsin sonradan qaçdığı deyilir. Onun tapılması istəqamətində əməliyyat keçirilir.

Hüquq-mühafizə orqanlarından məsələyə aydınlıq gətiriləcəyi bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər