Azərbaycanda güclü külək məktəbin damını uçurub

Azərbaycanda güclü külək məktəbin damını uçurub
Hadisə 49

Qəbələdə ötən günün ikinci yarısından başlayan külək sonradan güclənib. Nəticədə şəhər məktəblərindən birinin dam örtüyünün bir hissəsini uçurub.

BAKU.WS xəbər verir ki, bu barədə bizim.media-ya rayon təhsil sektorundan məlumat verilib.

Bildirilir ki, şiddətli külək nəticəsində Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin dam örtüyünə ciddi ziyan dəyib. Damın bir hissəsini külək dağıdıb.

Hadisə axşama doğru olduğundan xəsarət alan olmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər