Azərbaycanda gənc qadın hoteldə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda hoteldən qadın meyiti tapılıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.
“Dərhal polis əməkdaşları və prokurorluq əməkdaşları hadisə yerinə gəlib. İlkin araşdırmalar nəticəsində ölən şəxs - 2003-cü il təvəllüdlü X.Tağıyevanın üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - Eşqin Qasımov deyib.
Oxşar xəbərlər
Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib - YENİLƏNİB
Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional q...