Azərbaycanda film kimi cinayət - 12 yaşlı qız həbsxanada atalığı tərəfindən zorlanıb

Bakıda 11 yaşlı qız atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
BAKU.WS xəbər verir ki, o, Oxu.Az-a açıqlamasında bəzi məqamlara aydınlıq gətirib.
Kəmalə Ağazadənin sözlərinə görə, azyaşlının anası ikinci dəfə məhbus həyatı yaşayan bir kişi ilə həbsxanada nikaha girib:
"Anası 11 və 6 yaşlı qızlarını cəzaçəkmə müəssisəsində üç gün qalmaq üçün bir neçə dəfə özü ilə ora aparıb. Bu müddət ərzində 11 yaşlı qız atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Hadisə 1 il ərzində baş verib.
Hazırda qızın 12 yaşı var. 12 yaşı olmasına baxmayaraq, yalnız ikinci sinfi bitirə bilib.
12 yaşlı qız indi bizim yanımızdadır. 6 yaşlı qız anasının yanındadır. 6 yaşlı qızı almaq üçün iş aparırıq. Artıq təhqiqat başlayıb. Ekspertiza təyin olunacaq".
Ədliyyə Nazirliyindən cavab olaraq bildirib ki, məsələ araşdırılır.
Oxşar xəbərlər
19 bıçaq zərbəsi ilə öldürülən Günelin FOTOSU
Qobustan rayonunun Təklə kəndində törədilən qətlin yeni təfərrüatı məlum olub. BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, qətlə yetirilən qadının həyat yolda...
