Əvvəllər şöhrətin zirvəsində olan məşhurlar, indi isə küçədə yaşayırlar

Dünyada bir zamanlar məşhur olub, şöhrət qazanan, lakin sonradan ağır maddi və şəxsi böhranlar nəticəsində evsiz qalan bir sıra tanınmış şəxslərin həyatı ictimai maraq doğurur.
BAKU.WS xəbər verir ki, bu insanlar arasında aktyorlar, musiqiçilər və modelyerlər də yer alır.
Deni Bonadüs – "The Partridge Family" serialındakı "Danny Partridge" obrazı ilə tanınan aktyor, narkotik asılılığı səbəbindən gənclik illərində evsiz qalıb. Los-Ancelesdə avtomobilində yaşadığını etiraf edən Bonadüs, həmin dövrdə ciddi psixoloji çətinliklər yaşayıb.

Daun Robinson – 1990-cı illərin məşhur R&B qrupu En Vogue-un üzvü olan Daun Robinson ailə problemləri səbəbilə son illərini avtomobildə keçirdiyini bildirib. Müğənni bu vəziyyəti sosial media vasitəsilə ictimailəşdirərək yardım çağırışı da edib.

Erik Andre – Tanınmış amerikalı komediya aktyoru Erik Andre Nyu-Yorkda karyerasına başlayarkən bir müddət küçədə və park skamyalarında yaşayıb. O, həyatının bu dövründə tamaşaçılardan evində gecələmək üçün kömək istədiyini açıqlayıb.

Luis Qlover – Birləşmiş Krallığın keçmiş "Playboy Model of the Year"i olan Luis Qlover Uelsdə çadırda yaşayır. Kirayə xərclərinin artması və sağlamlıq problemləri səbəbindən işlərini itirən model, həyatını yenidən qurmaq üçün ianə kampaniyası başladıb.

Bu faktlar bir daha sübut edir ki, şöhrət və uğur daimi deyil. Həyatın gətirdiyi gözlənilməz çətinliklər, maddi və psixoloji böhranlar, ən məşhur insanların belə evsiz qalmasına səbəb ola bilər.
Oxşar xəbərlər
Nuri Sərinləndirici "Labubu" təqdimatı ilə təəccübləndirdi
Müğəni Nuri Sərinləndirici qeyri-adi addımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o son zamanların trend oyuncağı "Labubu"ya mahnı həsr edib. Sənətçi Azər...
