Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinə təxliyə ediliblər
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.
TƏBİB-dən verilən məlumata görə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) N.Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Qeyd edək ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Oxşar xəbərlər
Yüksək sürət yenə CAN ALDI
Tovuzda zəncirvari yol qəzası olub, bir nəfər ölüb BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndinin Mərkəzi küçəsində qeydə alı...