Azərbaycanda faciə - 13 yaşlı uşaq daş hasarın altında öldü

Azərbaycanda faciə - 13 yaşlı uşaq daş hasarın altında öldü
Hadisə 354

Göygöl rayonunda daş hasarın uçması nəticəsində 13 yaşlı uşaq dünyasını dəyişib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun “Çay qırağı adlanan ərazisində baş verib. 2007-ci il təvəllüdlü Səfərov İmaməddin Tapdıq oğlunun üzərinə daşlar uçub.

Nəticədə uşaq aldığı xəsarətlərdən yerindəcə keçinib. İlkin məlumata görə, azyaşlı ərazidə oynayırmış.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər