Azərbaycanda evləri qarət edən mütəşəkkil dəstə ifşa olundu - FOTO

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında rayon ərazisində 7 fərdi yaşayış evindən və bir mağazadan oğurluq edən şəxslər saxlanılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov və 31 yaşlı Fərid Torkiyev rayon ərazisindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları, müxtəlif məbləğlərdə nağd pul oğurlayıblar.
Dəstə üzvləri oğurluq yolla əldə etdikləri qızıl zinət əşyalarının bir qismini Gəncə şəhərində özləri, digər bir qismini isə Bakı şəhər sakini Elba Əhmədov vasitəsi ilə satıblar.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxslərin Tovuz rayonunda da anoloji cinayət hadisələrini törətdikləri məlum olub.
"Gəzib bağlı qapılar axatarırdıq.
Daxil olub evlərə oradan qızıl pul oğurlayırdıq. Qızılların bir qismini öz şəxsiyyət vəsiqəmizlə Gəncə şəhərində bir qismini isə dostum Etibar deyilən bir şəxsin əli ilə Bakı şəhərində satdırmışıq".
Faktlarla bağlı adı çəkilən şəxslər barəsində cinayər işi açılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ferma gözətçisinin əl qolunu bağlayıb quldurluq edən şəxslər saxlanıldı - FOTO
Noyabr ayının 19-u gecə saatlarında Şəmkir rayonunun Bayramlı kəndində Mikayıl Həsənova məxsus fermada quldurluq törədən şəxslər saxlanılıb. BAKU.WS-in bölgə mu...