Azərbaycanda ev yandı - 17 yaşlı gənc xəsarətlər aldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada ev yanıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb.
Kənd sakininə məxsus ümumi sahəsi 140 m² olan kürsülü birmərtəbəli evdə yanğın başlayıb.
Dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Yanğın zamanı evin 1 otağının taxtadan ibarət arakəsməsi və ev əşyaları 24 m² sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb.
Hadisə zamanı 17 yaşlı Hüseynov Ramin Şakir yanıq xəsarətləri alıb. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.Yanğının baş vermə səbəbləri araşdırlır.
Oxşar xəbərlər
Lənkəran və Ağstafada evlər yanaraq külə dönüb
Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 92 m² sahədə yanıb.BAKU.WS xəbər veri...