Azərbaycanda əməliyyat keçirilib – 7 nəfər saxlanılıb – FOTO
23
iyl
2019
17:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə meşəlik ərazidə narkotik tərkibli bitkilər əkən dəstə üzvləri saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, əməliyyat əməliyyat Balakən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində rayonun Gərəkli kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 900 ədəd çətənə bitkisi aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Gərəkli kənd sakinləri Eşqin və Dibirov Motuxov qardaşları,
Anar Umarov, Oqtay Gülüyev, Araz Quliyev, Rasim Xəlilov, həmçinin Balakən şəhər sakini Natiq Dibirov olduğu müəyyən edilib.
Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər ifadələrində əvvəlcədən bir qrup şəxs halında birləşərək,
meşəlik ərazidə narkotik tərkibli bitkiləri yetişdirib, daha sonra qazanc əldə etmək məqsədilə satmaq istədiklərini bildiriblər.
Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Əməliyyat və istintaq tədbirləri davam aparılır.
Oxşar xəbərlər
Çətənə bitkisi yetişdirən ər-arvad saxlanıldı – FOTO
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məş...