Azərbaycanda elektrovoz avtomobillə toqquşub
Noyabrın 13-də, axşam saatlarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Yeni Suraxanı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-CR-217 olan "Opel" markalı minik avtomobili qəflətən onun qarşısına çıxaraq qəzaya səbəb olub.
Bu barədə ADY-dən bildirilib.
Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
"ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda maşınla teplovozun toqquşmasının VİDEO-su
Ötən gün qatar yoluna çıxaraq teplovozla toqquşan minik avtomobilinin görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, hadisədən dərhal sonra çəkilən video sos...