Azərbaycanda dövlət qulluqçusu 33 yaşında vəfat etdi - FOTO

07
may
2021
18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı Cəfər Səmədli vəfat edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi feysbuk hesabında məlumat yayılıb.
Bildirilib ki, C.Səmədli uzun sürən xəstəlikdən sonra 33 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 2013-cü ildən etibarən Xidmətdə çalışıb. Əvvəlcə Xidmətin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin, 2019-cu ilin dekabr ayından etibarən isə Xidmətin Bakı Şəhər İdarəsində baş məsləhətçi-baş əmək müfəttişi işləyib.
Allah rəhmət eləsin!

Oxşar xəbərlər
Səlim Müslümova daha bir zərbə - korrupsiya ittihamı rəsmiləşdi
Hesablama Palatası sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin nəzarət etdiyi Pensiya Fondunda ciddi qanunsuzluqlar aşkarlayıb; ölmüş şəxslərə pul “ödənib...