Bakıda faciəvi şəkildə ölən moped sərnişini ilə BAĞLI DETALLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda faciəvi şəkildə ölən moped sərnişini Əşrəf Mirzəyevlə bağlı detallar məlum olub.
BAKU.WS xəbər verir ki, o Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi olub.
Bu barədə universitetin rəsmi sosial şəbəkə hesabında bildirilib.
Əşrəf Mirzəyev bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən atasını da itirib. O universiteti bitirib iyul ayında hərbi xidmətə gedəcək, qayıdıb işləyəcək, ailə başçısı kimi anasına, bacılarına dəstək olacaqdı.
Xatırladaq ki, Sadəddin Əjdər oğlu Ağakişiyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı, 77-KZ-106 dövlət qeydiyyat nişanlı avtomobillə Samir Sabir oğlu Məmmədovun idarə etdiyi "Minsk" markalı mopedlə toqquşub.
Nəticədə mopeddə olan sərnişin Əşrəf Nəsrəddin oğlu Mirzəyev almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...