Azərbaycanda doqquz sahibkar məhkəməlik oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində yerləşən 11 qeyri-yaşayış obyektinə baxış keçirilən zaman 9 qeyri-yaşayış obyektinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmasının aşkar edilməsi faktları ilə bağlı inzibati xəta haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluq əhaliyə müraciət edərək qlobal istiləşmənin bir çox ölkələrdə yaratdığı susuzluq probleminin ölkəmizdə də baş verməsinin qarşısını almaq məqsədilə sudan qənaətlə istifadə etməyə, bunun üçün sudan sərfəli istifadə üçün nəzərdə tutulmuş müasir texnologiyaya əsaslanan avadanlıqlardan istifadə etməyə çağırır.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...