Azərbaycanda dəhşətli qəzada ölənlərdən biri məşhur biznesmen imiş - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində “Toyota Prado” markalı minik avtomobili yük maşınına çırpılıb.
Nəticədə “Toyota Prado”nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və sərnişini, 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.
Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və “Şahdağ Cəlil” adı ilə tanınıb. O, özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xaçmazda zəncirvari qəza: ÖLƏN VAR - FOTO
Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var. BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçə...