Azərbaycanda dəhşətli qəza - Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Xuduzadə idarə etdiyi "Hyundai Elentra" markalı avtomobili sərt döngədə idarəetməni itirərək kanala aşırıb.
Hadisə nəticəsində sürücünün özü və avtomobildə olan sərnişinlər- Sadəgül Həsənova, Günel Mirzəyeva, Heyran Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan S. Həsənova xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
36 yaşlı oğlan ruhu xəstə qıza dəfələrlə təcavüz etdi, sonra hamama saldı... - Bakıda ŞOK
Bakıda qadına qarşı təcavüz etməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Ceyhun Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib –...