Azərbaycanda dəhşətli hadisə - Sürücü diri-diri yanaraq öldü
15
may
2020
11:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 14-də saat 19 radələrində Masallı rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi “ZİL” və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşduqdan sonra “ZİL” markalı avtomobildə yanğın baş verib.
Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.
Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...