Azərbaycanda DƏHŞƏT: Qadın pul yığmaq üçün pişiklərə işgəncə verirmiş - İDDİA - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən rayonunda qadının pişiklərə işgəncə verməsi ilə bağlı iddialar yayılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, qadın vətəndaşlardan pişikləri saxlamaq adı ilə alıb və onlara işgəncə verib.
Eyni zamanda, iddia edilib ki, sözügedən qadın pişiklərə kəsik xəsarətləri yetirərək onların şəkillərini paylaşıb, müalicə olunması üçün kart məlumatlarını qeyd edərək pul yığıb. Xəsarət yetirdiyi pişiklər öldükdə isə onu yandıraraq basdırıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov bildirib ki, həmin məsələ ilə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub:
“Hazırda RPŞ-nin təhqiqat qrupunda zəruri araşdırmalar aparılır. Yekunda məsələyə hüquqi qiymət veriləcək”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...