Azərbaycanda dəhşət: Oğul sözünə baxmayan atasını öldürdü - TƏFƏRRÜAT

Azərbaycanda dəhşət: Oğul sözünə baxmayan atasını öldürdü - TƏFƏRRÜAT
Hadisə 1579
Dünən axşam saatlarında atasını öldürən oğulun cinayəti ilə bağlı müəyyən detallar məlum olub.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin dəmiryolu 6 ünvanı adlanan ərazidə qeydə alınıb.Belə ki, 1994-cü il təvəllüdlü Yusif Mübariz oğlu Dadaşov atası 1967-cı il təvəllüdlü Mübariz Yusif oğlu Dadaşovu bıçaqlayaraq qətlə yetirib.BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, ata və oğul tikintidə çalışırmış. Hadisə baş verən zaman 25 yaşlı Yusif Dadaşov içkili vəziyyətdə olub.Buna əsəbləşən ata oğluna yatmağı və sabah işə gedəcəklərini xatırladıb. Nəticədə ata ilə oğul arasında mübahisə baş verib. Bu zaman oğul bıçaqla M.Dadaşova bir bıçaq zərbəsi endirib.Nəticədə ata aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda keçinib. Həyata keçirilən əməliyyat tədbirləri ilə hadisəni törədən oğul tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb,istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Gəncədə arvadını öldürən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə arvadını öldürən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, cinayəti törətmə...

1718 Hadisə 23:28 15 noyabr 2019

Son xəbərlər