Gəncədə arvadını öldürən şəxs saxlanılıb - YENİLƏNİB

15
noy
2019
23:28
Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.22:30Gəncə şəhər sakini həyat yoldaşı bıçaqlayaraq qətlə yetirib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib. Belə ki, ər arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib.Hələlik qətlin təfərrüatları məlum deyil, hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.
Oxşar xəbərlər
Gəncədə DƏHŞƏTLİ CİNAYƏT: Oğul atasını qətlə yetirdi
Gəncədə dəhşətli cinayət hadisəsi qeydə alınıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə hadisə şəhərin Dəmiryolu 6 ünvanında qeydə alınıb. İlkin məlum...
