Azərbaycanda dəhşət - Oğul anasını qətlə yetirdi
29
mar
2020
11:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xurel kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.
Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır.
Oxşar xəbərlər
Azərbaycanlı kriminal ünsürlərin qanlı razborkası – Dəhşətli cinayətlər
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi. BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacı...