Azərbaycanda DƏHŞƏT: Kişi təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonunda intihar hadisəsi qeydə alınıb.
BAKU.WS “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, hadisə rayonun Almalı kəndində baş verib.
Kənd sakini Nofəl Məzahir oğlu Yusifov özünü yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından asaraq intihar edib. Mərhumun meyitini anası aşkar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, N.Yusifov üç il öncə, toyuna bir neçə gün qalmış sirkə turşusu içərək, intihara cəhd etmişdi. Həmin vaxt anasının müdaxiləsi ilə özünəqəsdin qarşısı alınmışdı.
Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
Mərhum ailəli idi, bir övladı var.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...