Azərbaycanda DƏHŞƏT: Həmkəndlisini öldürüb meşədə basdırdı

Azərbaycanda DƏHŞƏT: Həmkəndlisini öldürüb meşədə basdırdı
Hadisə 5

Sentyanrın 14-ü saat 9 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 33 yaşlı Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib.

O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər