Azərbaycanda dəhşət - 17 yaşlı qız məzun məclisində bıçaqlandı - VİDEO

Azərbaycanda dəhşət - 17 yaşlı qız məzun məclisində bıçaqlandı - VİDEO
Video
Hadisə 12043

Sabirabadda məzun olan qız bıçaqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu Sabirabad sakini olan 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır. S.Qasımlının saxlanılması istiqamətində tədbirlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər