Azərbaycanda dəhşətli yanğın - Ölən və xəsarət alan var
İmişli rayonu ərazisində yerləşən tərəvəz istixanasında yanğın baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin 4 texnikası və canlı qüvvəsi cəlb edilib.
İmişli rayonunda istixanada baş verən yanğınla bağlı TƏBİB açıqlama verib.
TƏBİB-dən bildirilib ki, 25 dekabr saat 16:20-də İmişli rayonu ərazisində baş verən yanğın hadisəsi nəticəsində 1971-ci il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona aşağı, yuxarı ətrafların üz nahiyəsinin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həmin şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü şəxsin (kişi cinsli) hadisə yerində ölüm faktı qeyə alınıb.
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğın nəticəsində 4 nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib - Cinayət işi başlanılıb
Lökbatanda baş vermiş yanğınla bağlı cinayət işi başlanıb BAKU.WS xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivin...