Azərbaycanda dəhşətli qəza: Vəzifəli şəxs ailəsi ilə birgə suda boğularaq öldü
30
yan
2025
08:05
Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.
Daha bir uşaq, İ.V. isə avtomobildən sağ çıxarılıb.
Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.
Qalereya
Oxşar xəbərlər
Qazaxda taxıl sahəsində yanğın olub
Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Dərhal FHN-in...