Azərbaycanda dəhşətli QƏZA: İki yeniyetmə öldü, daha iki nəfər xəsarət alıb
Göygöl rayonunda avtomobil qəzası olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
"Mercedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; - 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar.
Qəza zamanı ağır xəsarət alan daha iki nəfər - 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər.
Qeyd edək ki, avtomobil idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xaçmazda evdə doğulan körpə öldü
Xaçmaz rayonunda körpə doğuş zamanı ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dekabrın 25-də rayonun Yergüc kəndində baş verib. Kənd sakini, 1990-...