Azərbaycanda dəhşətli qəza: Çox sayda HƏLAK OLAN VAR

Azərbaycanda dəhşətli qəza: Çox sayda HƏLAK OLAN VAR
Foto
Hadisə 1971

Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.

Bu barədə "Report"un Qarabağ bürosu xəbər verir.

Məlumata görə, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və Aslanov Elbəy Mövsüm oğludur.

***20:34

Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.

"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ"ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var

Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verməsi barə...

30 Hadisə 20:17 31 mart 2026

Son xəbərlər