Tovuzda körpəsini günlərlə ac qoyduğu deyilən qadın danışdı: "Yedirib evdən çıxmışdım"

Tovuzda körpəsini uzun müddət evdə nəzarətsiz qoyan Göygöl rayon sakini, 39 yaşlı Aygün Qədimova Baku TV-yə açıqlamasında barəsindəki iddiaları təkzib edib:
"Martın 17-si saat 11:00 radələrində uşağı yedirib, içirib evdən çıxmışdım. Axşam saatlarında zəng gəldi ki, uşaq xəstəxanadadır".
Ətraflı - videosüjetdə:
***15:20
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb, hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,Tovuz Rayon İcra Hakimiyyəti və DİN-nin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir: "Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O, bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək".
***10:30
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində körpənin üç gün evdə tək qalması ilə bağlı yeni təfərrüat məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, ana sözügedən kənddə mənzillərin birində kirayə qalır, çətin xasiyyətli biridir.
Kənddə yerləşən kafelərin birində işləyən qadın hər gün səhər saat 11-12 radələrində işə gedir və övladını evdə tək qoyur. Gecə isə gec saatlarda evə gəlir.
Bildirilir ki, qadın körpəni ev sahibinin ümidinə qoyub gedir, o isə uşağa daim nəzarət edə bilmir.
***20:03:2025 saat-21:33
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib.
Azyaşlı qonşuların müraciəti əsasında aşkarlanaraq xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yas yerinə gedən ailə QƏZAYA DÜŞDÜ: Xeyli sayda yaralı var
Qazax rayonunun Birinci Şıxlı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gən...
