Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü"
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin atası danışıb.
BAKU.WS Shownews.az-a istinadən xəbər verir ki, uşağın atası Emin Qubadlı bildirib ki, uşaq axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar.
"Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradıb. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü".
***11:54
İki yaşlı uşaq masaj edilərkən ölüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də Biləsuvar rayonunda baş verib.
Masajçı (sınıqçı) N.İmanova 2022-ci il təvəllüdlü körpənin sümüklərini masaj edərkən azyaşlı ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...