Azərbaycanda daha bir polis yol qəzasında ölüb
17
dek
2021
07:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Nuriyev Əli Rəfael oğlu idarə etdiyi “KİA” markalı avtomobillə dairədə “MAN” markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sürücüsü Ə.Nuriyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır.
Hadisə zamanı o, işdən çıxaraq evə gedirmiş.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...