Koronavirusa yoluxan müəllim və şagirdlərə görə 5 sinifdə tədris distant oldu
07
apr
2021
21:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunda koronavirusa yoluxma aşkar edildiyi üçün daha 5 sinif bağlanıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən Tovuz rayon Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyasının 5 sinfi bağlanıb.
İlkin məlumata əsasən, sözügedən tədris müəssisəsinin 5 müəllim və 3 şagirdində COVİD-19 analizi pozitiv çıxıb. Bununla da iki 4-cü, iki 3-cü və bir 9-cu sinfin tədrisi distant formada təşkil olunacaq.
Oxşar xəbərlər
1-ci sinif şagirdininin zorlanma xəbəri yayılan məktəb haqda - Şok iddialar
Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagirdi) tərəfin...