Azərbaycanda çoban minaya düşdü - YENİLƏNİB

Azərbaycanda çoban minaya düşdü - YENİLƏNİB
Hadisə 175

Bu gün Laçın rayonu Sus kəndi ərazisində öküz oturan zaman çoban minaya düşüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, minaya düşən 2001-ci il təvəllüdlü Ramil Əzizovun sağ ayağının daban hissəsi amputasiya edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***14:58

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər