Azərbaycanda bələdiyyə cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayon Muradxan bələdiyyəsinə inzibati protokol yazılıb.
BAKU.WS Moderator.az-a istinadən xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Kürdəmir Rayon Məhkəməsinin hakimi Xaliq İmanovun icraatındadır. Baxış iclası sentyabrın 27-də keçiriləcək.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...