Azərbaycanda baş həkim qəzaya düşdü - FOTO
Oğuzda Ailə Sağlamlıq Mərkəzinin baş həkimi qəzaya düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Oğuz rayonu Xaçmaz kənd ərazisində baş verib.
1989-cu il təvəllüdlü Oğuz şəhər sakini Murad Səftər oğlu Sərkərov “Opel Vectra” markalı avtomobillə hərərəkdə olarkən idarəetməni itirib.
Bu zaman avtomobil aşıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Sərkərov əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralıya Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ RMX-a göndərilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən M. Sərkərov Oğuz RMX-nın Xaçmaz kənd Ailə Sağlamlıq Mərkəzinin baş həkimidir.
Qalereya
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...