Azərbaycanda bankdan 400 min manat ələ keçirən Rusiya vətəndaşı həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
A-A+ 0:00 / 0:39 x1
Rusiya vətəndaşı Azərbaycanda kibercinayətkarlıq ittihamı ilə həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vaysero Aleksandr Vladimiroviç banklardan birindən cinayət yolu ilə 400 min manatdan çox vəsait əldə etməkdə ittiham olunur.
O, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Toplanmış sübutlar əsasında Vaysero Aleksandr Vladimiroviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) ilə yekun ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...