Azərbaycanda bank rəhbərlərinin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv olunan “Royal Bank”ın direktoru Cam Fuad və atası, bankın Müşahidə Şurasının sədri Əli Camın cinayət işi üzrə hazırlıq iclası keçirilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası iyunun 12-nə təyin edilib.
Qeyd edək ki, bir neçə ildir, beynəlxalq axtarışda olan “Royal Bank”ın direktoru Cam Fuad Əli oğlu bu ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib.
Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınıb.
Bankın Müşahidə Şurasının sədri Cam Əli Məhəmmədhəsən oğluna isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə "Royal Bank"a verilən lisenziya ləğv olunub.
Oxşar xəbərlər
"Akif Çovdarova dedim ki, səni elə kabinetində öldürəcəyəm..."
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə...