Azərbaycanda balıqlara elektrik cərəyanı verənlər cərimələndi - VİDEO - YENİLƏNİB

Azərbaycanda balıqlara elektrik cərəyanı verənlər cərimələndi  - VİDEO - YENİLƏNİB
Video
Hadisə 312

Su Nəqliyyatında Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları xidməti əraziyə daxil olan su hövzələrində qanunsuz balıq ovuna qarşı mütəmadi olaraq profilaktik və əməliyyat tədbirləri həyata keçirirlər.

Mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qurupundan BAKU.WS-ə bildirilib ki, sözügedən məsələ Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən araşdırılıb və həmin şəxsin kimliyi müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülüb.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

***15.07.2024, 16:58

Samux rayonunda çaydakı balıqlara eletrik cərəyanı verilərək məhv edildiyi bildirilib.

Məsələ ilə bağlı BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən açıqlama verilib.

Qeyd edilib, qanunsuz balıq ovuna cəhd edənlərin kimliyi müəyyənləşdirilib və onlara qaydalara uyğun şəkildə cərimələniblər:

"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində, Qoşqarçay çayının Kür çayına töküldüyü ərazidə balıq ovuna cəhd edən və su bioresurslarını qanunsuz ovlayan şəxslər müəyyən edilib.

Araşdırma zamanı elektrik cərəyanı vasitəsilə balıq ovuna cəhd edən şəxsin Samux rayonu Füzuli kənd sakini Tehran Əsgərov, su bioresurslarını qanunsuz ovlayan şəxsin isə Samux rayonu Ziyadlı kənd sakini Rövşən Əsgərov olduğu məlum olub.

Faktlarla bağlı sözügedən şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb".

*** 15:50

Samux rayonunda çaydakı balıqlara eletrik cərəyanı verilərək məhv edildiyi bildirilib.

Bu barədə BAKU.WS-ə video və məlumat göndərilib.

Qeyd edilib ki, Kür çayının Samuxun Yeni kənd kəndindən keçən hissəsində balıqlara elektrik cərəyanı verilərək öldürülür. Bu barədə yerli sakinlər çaydan kadrlar lentə alıblar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətində BAKU.WS-ə bildirildi ki, sözügedən məsələ araşdırılacaq və qanuna müvafiq tədbir görüləcək.

BAKU.WS sözügedən videonu təqdim edir:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər