Azərbaycanda bacı qardaşını bıçaqla qətlə yetirdi

Azərbaycanda bacı qardaşını bıçaqla qətlə yetirdi
Hadisə 562

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunda baş verib. Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər