Azərbaycanda axtarışda olan cinayətkarın meşədə asılmış meyiti tapıldı
Samuxda intihar baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qədili kəndində qeydə alınıb.
Samux şəhər sakini, 47 yaşlı Vüsal Qəzənfər oğlu Əliyev rayonun Qədili kəndi ərazisindəki meşədə özünü asıb.
Onun asılmış meyitini kənd sakinləri aşkar ediblər.
Məlumata görə, intihar edən V.Əliyev cinayət törətdiyi üçün axtarışda olub.
O, bu ilin avqust ayında Gəncədə tanışı, 34 yaşlı Sevər Novruz qızı Məmmədovaya dəhrə ilə ağır xəsarət yetirib.
V.Əliyev hadisədən sonra qaçaraq gizlənib. O, törətdiyi cinayətə görə axtarışda imiş.
V.Əliyevin qorxaraq məsuliyyətdən yayınmaq üçün intihar etdiyi ehtimal olunur.
Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Bərbad vəziyyətə düşən yollardan ŞİKAYƏT
Sumqayıt ərazisində yerləşən və Ceyranbatan bağları kimi tanınan əraziyə gedən yollar uzun müddətdir ki, baxımsız vəziyyətdədir. Bu barədə məlumat BAKU.WS-in "q...