Azərbaycanda avtomobilə atəş açdılar - Yaralılar var
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində kənd sakini N.Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F.Həsənova məxsus "Kia" markalı avtomobilin istiqamətində 2 dəfə tüfəngdən atəş açması və orada olan 5 nəfərə sıyrıq və qırma xəsarətləri yetirməsi barədə məlumat daxil olub.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Rüstəmov saxlanılıb. Ondan cinayətin aləti olan "TOZ" markalı ov tüfəngi götürülüb.
Oxşar xəbərlər
Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu öldürdü: "Qızımı görmək istədim..." - FOTO
Şabran rayonunda ana və oğlunu qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Nahid İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleq...