Azərbaycanda avtomobil icarəsi şirkətləri sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir?
Bakıda fəaliyyət göstərən "011 Rentecar" avtomobil kirayəsi mərkəzinin sürücülük vəsiqəsi olmayan şəxslərə nəqliyyat vasitəsi verdiyi iddia olunur.
Bu barədə məlumat BAKU.WS-ə daxil olub.
Mənbənin bildirdiyinə görə, sözügedən hal mərkəz tərəfindən bir neçə dəfə təkrarlanıb. İddialara əsasən, bəzi müştərilərə sürücülük hüququnu təsdiq edən sənəd tələb olunmadan avtomobil icarəyə verilib.
Mövcud qanunvericiliyin tələblərinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan avtomobil sürmək qadağandır. Belə hal aşkar edildikdə sürücü barəsində qanunauyğun tədbirlər görülür.
Bakı Şəhər DYP İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, eləcə də nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və belə halların aşkarlanması istiqamətində nəzarət tədbirlərinin daha da gücləndirildiyini bildirir.
Qalereya
Oxşar xəbərlər
Keçən ay 23 milyon manata yaxın dəyərdə narkotik vasitə dövriyyədən çıxarılıb
Bu ilin yanvar ayında qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min AZN ki...