Azərbaycanda atasını öldürməkdə şübhəli bilinən oğul saxlanılıb

Fevralın 24-də Sabirabad Rayon Polis Şöbəsinə rayonun Moranlı kənd sakini Aqil İbadovun müxtəlif dərəcəli xəsarətlər alması ilə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına, ayın 25-i isə Bakı şəhəri Respublika kliniki xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi ilə bağlı məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, məlumatla bağlı Sabirabad RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.İbadova xəsarət yetirməkdə şübhəli bilinən oğlu İlkin İbadlı müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, İ.İbadlı bir neçə gün əvvəl atası ilə aralarında yaranmış mübahisə zəminində sonuncuya taxta parçası ilə baş nahiyəsindən xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
"Dedi ki, ifritlər onu yatırdıb, telefonundan qadınlara pornovideo göndərib" - CİNAYƏT İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə özünü "12-ci imam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirlənd...
