Azərbaycanda ata və oğulun avtomobilləri ağır qəzaya düşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.
Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə oğlu, 1984-ci il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub.
Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin tibbi yardım göstərildikdən sonra Tahir Əhədov Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun müalicəsini davam etdirmək məqsədi ilə Bakıdakı xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bıçaqladığı qadın 7-ci arvadı olub: Kürdəmirdəki hadisənin detalları - YENİLƏNİB
Kürdəmir rayonunda 2 qadını bıçaqlayan şəxs özünə xəsarət yetirib. BAKU.WS-in Qafqazinfo-ya istinadla məlumatına görə, ötən gecə Lənkəran rayon sakini, 1983-cü...