Azərbaycanda ağır yol qəzası - Ölən və xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən "Chevrolet" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu ölüb.
Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...