Azərbaycanda ağır qəza - Ölənlərin sayı 5-ə çatıb - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza zamanı ölənlərin sayı 5-ə çatıb.
BAKU.WS xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin APA-ya verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 1 nəfərin də vəziyyəti ağırdır.
***18:35
Bərdədə ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
İyirmiyə yaxın şəxsin yaralandığı mikroavtobus qəzasının səbəbi bəlli oldu - YENİLƏNİB
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax avtomobil yolunda baş verən qəza barədə açıqlama verib. BAKU.WS xəbər verir ki, bu barədə ida...