Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var - VİDEO
26
apr
2020
16:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənddə “VAZ-2107” markalı avtomobili ilə "Nissan" markalı minik maşını toqquşub. Nəticədə "Nissan"ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb.
Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli qəza - 2 baş inəyi vurub maşını aşırdı
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun xəb...