Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var
Hadisə 2

Balakəndə ağır yol qəzası olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, dünən saat 23 radələrində Balakən rayonu Kortala kənd sakini, sürücü Murad Xırxırov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Kortala kəndindən şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü M. Xırxırov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər - Kortala kənd sakini Ramazan Qalayçıyev, Qazma kənd sakinləri - Həlimət Sarıyeva və Ofeliya Hacıyeva müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər