Azərbaycanda ağır QƏZA: Ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə ağır yol qəzası olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...